Bir qul xəstələndiyindən və ya səfərə çıxdığından dolayı davamlı olaraq etdiyi ibadətləri etməzsə, ona müqim(sakin olduğu) və sağlam olarkən etdiyi əməllərin savabı kimi savab yazılar

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Əbu Musa əl-Əşaridən - Allah ondan razı olsun - rəvayət edilən hədisdə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Bir qul xəstələndiyindən və ya səfərə çıxdığından dolayı davamlı olaraq etdiyi ibadətləri etməzsə, ona müqim(sakin olduğu) və sağlam olarkən etdiyi əməllərin savabı kimi savab yazılar".
Sahih/Authentic. - Al-Bukhari

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bir müsləmanın sağlam və müqim olarkən adəti üzrə etmiş olduğu saleh bir əməli xəstəlik, səfər və ya hər hansı bir üzürdən dolayı etmədiyində, ona, sağlam və müqim olarkən etmiş kimi savab yazılmasının Allahın lütfu və rəhməti olduğunu xəbər vermişdir.

Hədisin faydalarından

  1. Hədisdə Allahın qulları üzərindəki lütfünün genişliyi ifadə edilmişdir.
  2. Hədisdə saleh əməllərə can atmağa, sağlamlıq və boş vaxtlardan faydalı istifadə etməyə təşviq vardır.

Kateqoriyalar

Göndərildi