İnsanlara tez-tez borc verən bir adam var idi.O,xidmətçisinə(borcları toplayan) belə deyərdi: Borcunu qaytara bilməkdə çətinlik çəkən birinə getsən, onun borcundan keç. Bəlkə Allah da bizim günahlarımızdan keçər

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "İnsanlara tez-tez borc verən bir adam var idi.O,xidmətçisinə(borcları toplayan) belə deyərdi: Borcunu qaytara bilməkdə çətinlik çəkən birinə getsən, onun borcundan keç. Bəlkə Allah da bizim günahlarımızdan keçər. Nəhayət o kişi Allaha qovuşdu və Allah da onun günahlarından keçdi".
Sahih/Authentic. - Al-Bukhari and Muslim

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə insanlara borc verən və ya uzun müddətli ödəmə ilə satış edən bir adam barədə xəbər vermişdir. O, insanlardan borclarını toplayan xidmətçisinə belə deyərdi: İmkanı olmadığına görə bizə olan borcunu qaytara bilməyən kimsənin yanına borcu tələb etməyə getdiyində, alacağını almaqda israrlı olmayıb ona möhlət verməklə borcundan keç. Yaxud naqis olsa da verdiyini qəbul edib borcundan keç. O, bütün bunları Uca Allahın onun günahlarından keçərək əfv edib bağışlamasını ümid edərək etmişdir. Bu adam vəfat etdiyində, Uca Allah da onu əfv edib günahlarını bağışladı.

Hədisin faydalarından

  1. İnsanlarla gözəl bir şəkildə davranmaq, onları əfv etmək və maddi sıxıntıları olduğunda onlara möhlət vermək Qiyamət günündə insanın ən böyük qurtuluş səbəblərindən biridir.
  2. Canlılara qarşı mülayim davranmaq, Allaha qarşı ixlaslı olmaq və Onun rəhmətinə ümid bəsləmək günahların bağışlanma səbəblərindəndir.

Kateqoriyalar

Göndərildi