Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (Əlhəmdulilləh) deyənə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir...

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, belə demişdir: Mən Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (Əlhəmdulilləh) deyənə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir."
Sahih/Authentic. - Al-Bukhari and Muslim

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə bir müsəlmanın müsləman qardaşı üzərindəki haqqlarından bəzilərini bəyan etmişdir. Bu haqqlardan birincisi, salam verən kimsənin salamını almaqdır. İkincisi: Xəstənin ziyarət edilməsidir. Üçüncüsü: Cənazəni evindən cənazə namazı qılınan yerə gətirilməsinə, oradan da məzarlığa dəfn edilməsinə qədər müşayiət etməkdir. Dördüncüsü: Toya və s. buna bənzər məclislərə dəvət ediləndə qardaşının dəvətinə icabət etməkdir. Beşincisi: Asqırdıqda: (Əlhəmdulilləh) deyən kimsəyə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhm etsin) deməkdir. Asqıran kimsə də buna cavab olaraq: (Yəhdikumullahu va yuslih bələkum) (yəni: Allah sizi doğru yola yönəltsin və halınızı islah etsin) deyə cavab verir.

Hədisin faydalarından

  1. Hədisdə müsəlmanlar arasında haqlara diqqət edilməsi, qardaşlıq və sevgi bağlarının qüvvətləndirilməsində İslamın böyüklüyü ifadə edilmişdr.

Kateqoriyalar

Göndərildi