Cənnət sizə ayaqqabınızın bağından daha yaxındır. Cəhənnəm də həmçinin

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Abdullah bin Məsuddan -Allah ondan razı olsun- rəvayət edildiyine görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Cənnət sizə ayaqqabınızın bağından daha yaxındır. Cəhənnəm də həmçinin".
Sahih/Authentic. - Al-Bukhari

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- Cənnət və Cəhənnəmin insana ayağındakı ayaqqabı bağı qədər yaxın olduğunu xəbər vermişdir. Çünki insan, Allahın razı olacağı bir yaxşı əməl edib onun səbəbi ilə Cənnətə girə bilər yaxud da bir günah edib onun səbəbi ilə Cəhənnəmə girə bilər.

Hədisin faydalarından

  1. Hədis az da olsa xeyir əməl etməyə təşviq etmiş və pis əməl etməkdən çəkindirmişdir.
  2. Müsəlman həyatını Allahın rəhmətinə ümid bəsləyib əzabından qorxaraq yaşamalı və hazırkı halına aldanmaması üçün daima Uca Allahdan haqq üzərində sabit qalmasını istəməlidir.

Kateqoriyalar

Göndərildi