Kim mənə iki çənəsi arasındakını (dilini) və iki ayağı arasındakını (övrət yerini haramdan qorumağa) zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Səhl bin Səad - Allah ondan razı olsun - rəvayət edir ki, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Kim mənə iki çənəsi arasındakını (dilini) və iki ayağı arasındakını (övrət yerini haramdan qorumağa) zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm".
Sahih/Authentic. - Al-Bukhari

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə bizə iki iş barəsində xəbər verir. Əgər müsəlman bunların hər ikisinə əməl edərsə,Cənnətə daxil olar. Birincisi: Dilin Uca Allahı qəzəbləndirən sözlərdən qorunması. İkincisi: Cinsiyyət orqanının zinaya düşməkdən qorunması. Çünki bu iki əza ilə daha çox günahlar işlənilir.

Hədisin faydalarından

  1. Dilin və övrətin qorunması Cənnətə aparan yoldur.
  2. Bu hədisdə dil və cinsiyyət orqanı xüsusi olaraq zikr edilmişdir. Çünki bu iki əza dünya və axirətdə insanı bəlaya salan iki əsas əzadır.

Kateqoriyalar

Göndərildi