Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Miqdəm bin Maədi Kəribdən -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin".
Sahih/Authentic. - At-Tirmidhi

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə, möminlər arasında əlaqəni gücləndirən və onlar arasında bir-birlərinə qarşı sevgini yayan səbəblərdən birini bəyan etmişdir.Əgər kimsə bir mömin qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini xəbər verməlidir.

Hədisin faydalarından

  1. Dünya mənfəəti üçün deyil, Uca Allah üçün olan xalis sevginin fəziləti.
  2. Möminlər arasında məhəbbət və dostluğun daha da artması üçün sevdiyi insana, onu, Allah üçün sevdiyini xəbər vermənin müstəhəb olması.
  3. Möminlər arasında bir-birinə qarşı sevginin yayılması iman qardaşlığını gücləndirir və cəmiyyəti parçalanmaq və təfriqəyə düşməkdən qoruyur.

Kateqoriyalar

Göndərildi