Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edildiyinə görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".
Sahih/Authentic. - Muslim

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- gün ərzində qılınan beş vaxt namazın, hər həftə qılınan cümə namazının və hər il tutulan Ramazan orucunun böyük günahlardan çəkinilməsi şərti ilə aralarında edilən kiçik günahlara kəffarə olacağını xəbər vermişdir. Amma zina, içki içmək kimi büyük günahlara gəldikdə isə, yalnız tövbə edildiyində bağışlanar.

Hədisin faydalarından

  1. Günahlardan bəziləri kiçik, bəziləri isə böyükdür.
  2. Kiçik günahların bağışlanması böyük günahlardan çəkinmə şərtinə bağlıdır.
  3. Böyük günahları edənə bu dünyada hədd cəzası, axirətdə isə əzab və ya qəzəb yaxud da lənət təhdidi vardır. Zina etmək və içki içmək kimi əməllər böyük günahlara misaldır.

Kateqoriyalar

Göndərildi