Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalına halal, haramına haram olaraq etiqad etsəm

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Bir kişi Allah Rəsuluna (Allahın salamı və salavatı onun üzərinə olsun) soruşaraq dedi: Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalına halal, haramına haram olaraq etiqad etsəm, bunlara başqa heç bir əməl əlavə etməsəm, Cənnətə daxil olarammı? Allah Rəsulu (Allahın salamı və salavatı onun üzərinə olsun) ona: "Bəli"- deyərək cavab verdi. Bu zaman kişi: Allaha and olsun ki, bunlara başqa bir əməl əlavə etməyəcəm- dedi.
Sahih/Authentic. - Muslim

Şərh (izah)

Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) bu hədisdə bizə, beş vaxt fərz namazı qılıb, nafilə olaraq başqa namaz qılmayan, Ramazan orucunu tutub, nafilə olaraq başqa nafilə oruc tutmayan, halalların halal olduğunu etiqad edib, onları edən və haramların da haram olduğunu etiqad edib, onlardan çəkinən kimsənin Cənnətə girəcəyini bəyan etmişdir.

Hədisin faydalarından

  1. Müsəlmanın fərzləri yerinə yetirməyə və haramları tərk etməyə hərisliyi və qayəsinin Cənnətə daxil olması.
  2. Hədisdə, halalı halal olaraq etiqad edib, onu etməyin və haramı da haram olaraq etiqad edib, ondan çəkinməyin əhəmiyyəti vurğulanmışdır.
  3. Vacibləri yerinə yetirmək və haramlardan çəkinmək Cənnətə daxil olmaq üçün səbəbidir.

Kateqoriyalar

Göndərildi