Kim İslamda yaxşı işlər görərsə, cahiliyyədə etdiklərinə görə hesaba çəkilməz. Kim İslamda pis işlər görərsə, həm cahiliyyədə, həm də İslamda etdiyi əməllərə görə hesaba çəkilər"- deyə cavab verdi

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Bir kişi dedi: Ey Allahın Rəsulu! Biz cahiliyyə zamanında etdiyimiz əməllərə görə hesaba çəkiləcəyikmi? Allah Rəsulu: "Kim İslamda yaxşı işlər görərsə, cahiliyyədə etdiklərinə görə hesaba çəkilməz. Kim İslamda pis işlər görərsə, həm cahiliyyədə, həm də İslamda etdiyi əməllərə görə hesaba çəkilər"- deyə cavab verdi.
Sahih/Authentic. - Al-Bukhari and Muslim

Şərh (izah)

Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) İslama daxil olmağın fəzilətini bəyan edir. Kim İslamı qəbul edib yaxşı əməllər edərsə, əməllərində sadiq və ixlaslı olarsa, cahiliyyə dövründə etdiyi günahlara görə hesaba çəkilməz. Kim də münafiq olar yaxud dinindən dönərsə, həm küfrdə olduğu dövrdə, həm də İslamda olduğu zaman etdiyi əməllərə görə hesaba çəkiləcəkdir.

Hədisin faydalarından

  1. Sahabələnin (Allah onlardan razı olsun) cahiliyyə dövründə etdikləri əməllərdən dolayı qorxması və bu barədə maraqlanması.
  2. İslamda sabitqədəməm olmağa təşviq edilmişdir.
  3. Hədisdə İslama daxil olmanın fəziləti və bunun keçmiş günahlara kəffarə olması ifadə edilmişdir.
  4. Mürtəd və münafiq kimsə, həm cahiliyyə dövründə etdiyi bütün əməllərə görə, həm də İslamda etdiyi hər bir günaha görə hesaba çəkiləcəkdir.

Kateqoriyalar

Göndərildi