Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin(1), bu isə imanın ən zəif dərəcəsidir". Hədisi Müslim rəvayət etmişdir...

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o belə demişdir: Mən, Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) belə dediyini eşitdim: "Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin(1), bu isə imanın ən zəif dərəcəsidir". Hədisi Müslim rəvayət etmişdir.
Sahih/Authentic. - Muslim

Şərh (izah)

Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) müsəlmana - Allahın və Onun rəsulunun münkər qəbildən olan hər bir qadağasını - gücü çatacağı qədər dəyişməyi əmr etmişdir. Əgər bir şəxs münkər görərsə, gücü çatırsa, onu əli ilə dəyişməsi vacibdir. Əgər bunu bacarmazsa, onu diliylə dəyişməlidir. Yəni: həmin əməl sahibini o pis işdən çəkindirməli, bu əməlin ona olan zərərini bəyan etməli və onu, bu şərin əvəzinə xeyirli bir işə yönəltməlidir. Əgər bu üslubla da bacarmazsa, bu zaman onu qəlbiylə dəyişməlidir. Yəni: o əmələ qəlbi ilə nifrət etməli və gücü çataçağı təqdirdə onu dəyişəcəyinə əzm etməlidir. Münkəri qəlblə inkar etmək, münkəri dəyişmədə imanın ən zəif dərəcəsidir.

Hədisin faydalarından

  1. Bu hədis, münkərin dəyişdirilmə mərtəbələrin izah edən əsas hədisdir.
  2. Münkəri qadağan etmədə tədricilik və hər kəsin bacarığı və qüdrəti daxilində olmasına edilən əmr.
  3. Münkərdən çəkindirmək, dində hər bir müsəlmana vacib olan əzəmətli mövzudur və hər bir müsəlman da bacardığı qədər bununla mükəlləfdir.
  4. Yaxşılığı əmr edib, münkərdən çəkindirmə imanın xüsusiyyətlərindəndir. İman artır və azalır.
  5. Münkərdən çəkindirmədə edilən bu felin münkər olduğunu bilmək şərtdir.
  6. Həmçinin münkəri dəyişdirdikdə ondan da daha böyük bir münkərin ortaya çıxmaması, münkəri dəyişdirməkdə olan şərtlərdən biridir.
  7. Münkərdən çəkindirmənin ədəb və şərtləri vardır, müsəlmanın onları öyrənməsi vacibdir.
  8. Münkəri inkar etmək şəri siyasəti bilməyi, elm və bəsirət sahibi olmağı tələb edir.
  9. Münkəri qəlb ilə də olsa inkar etməmək, imanın zəyif olduğuna dəlalət edir.

Kateqoriyalar

Göndərildi