İfratçılar həlak oldular

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Abdullah bin Məsud - Allah ondan razı olsun- rəvayət edir ki, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "İfratçılar həlak oldular" Bunu üç dəfə təkrar etmişdir.
Sahih/Authentic. - Muslim

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- din və dünyalarında, söz və əməllərində Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- gətirdiyi şəri hüdudları aşan hidayət və elmdən uzaq olan kimsələrin xüsran və məyusluq içində olduqlarını xəbər vermişdir.

Hədisin faydalarından

  1. Hər bir işdə ifrata varmaq və həddi aşmaq haram edilmişdir. Xüsusən də ibadətlərdə və saleh kəslərin təzim edilməsi kimi işlərdə bunlardan çəkinməyə təşviq edilmişdir.
  2. İbadət və diğər işlərdə şəriətin tələblərinə tabe olaraq kamil olanı etməyə çalışmaq təriflənən bir əməldir.
  3. Önəmli olan bir işin təkrar vurğulanması müstəhəbdir. Çünki Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu cümləni üç dəfə təkrarlamışdır.
  4. İslamın xoşniyyət və asanlıq dini olması.

Kateqoriyalar

Göndərildi