Mən, şərik olmağa möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm

Scan the qr code to link to this page

Hədis
Şərh (izah)
Tərcümələrə baxmaq
Hədisin faydalarından
Kateqoriyalar
Əlavə
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allah -Təbarakə va Təalə- buyurmuşdur: Mən, şərik olmağa möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".
Sahih/Authentic. - Muslim

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Uca Allahın şəriklərə ehtiyacı olmadığını, həmçinin əgər insan bir yaxşı əməl edərsə və etdiyi əməli həm Allah, həm də Allahdan qeyrisi üçün edərsə, həmin əməlin ondan qəbul olmayacağını xəbər vermişdir. Beləliklə əməli ixlasla Uca Allah üçün etmək lazımdır.Çünki, Uca Allah yalnız Onun üçün edilən əməli qəbul edir.

Hədisin faydalarından

  1. Şirkin bütün növlərindən çəkindirmək lazımdır, çünki şirk əməlin qəbul olmasına maneədir.
  2. Uca Allahın əzəmətini və Onun heç bir şeyə ehtiyacı olmadığını bilib düşünmək insana əməl edərkən ixlaslı olmağa yardım edir.

Kateqoriyalar

Göndərildi